“Sumqayıt”ın yoxlama oyunlardakı rəqibləri müəyyənləşib

“Sumqayıt”ın yoxlama oyunlardakı rəqibləri müəyyənləşib

“Sumqayıt” futbol klubunun Türkiyədə qış toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 12-də Rumıniyanın “Hermanştadt", 16-da isə Özbəkistanın “Soqdiana” kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” FK mövsümün ikinci yarısı üçün təlim-hazırlıq məşqlərini yanvarın 6-17-də Türkiyənin Antalya şəhərində keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə