"Araz-Naxçıvan" - "Sabah" oyunu yenidən keçiriləcək

"Araz-Naxçıvan" - "Sabah" oyunu yenidən keçiriləcək

AFFA Gənclər Liqasında "Araz-Naxçıvan" - "Sabah" oyunu yenidən keçiriləcək. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün matç dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edilib.

Qarşılaşma dayandırıldığı vaxtdan (hesab saxlanılmaqla) yenidən təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə