"Barselona" çərşənbə günü səhər saatlarında hücumçu Vitor Rokenin Kataloniya paytaxtına gəldiyini açıqlayıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli mətbuat yayıb. "Atletiko Paranaense"dən 18 yaşlı forvardın transferi ilə bağlı razılıq yayda əldə olunub. Braziliyalı futbolçu ilə 2031-ci il iyunun 30-da müqavilə imzalanıb və alış məbləği 500 milyon avrodur. “Transfermarkt”ın məlumatına görə, oyunçunun transfer məbləği 40 milyon avro olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB