"Sumqayıt" Rumıniya və Özbəkistan klubları ilə üz-üzə gələcək

"Sumqayıt" Rumıniya və Özbəkistan klubları ilə üz-üzə gələcək

"Sumqayıt"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, komanda yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt"ın hazırlıq prosesi yanvarın 6-17-si aralığında gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə