"Federasiyaların əsas məqsədi komandalara dəstək göstərməkdir" - AVF Prezidenti

"Federasiyaların əsas məqsədi komandalara dəstək göstərməkdir" - AVF Prezidenti

"Federasiyaların əsas məqsədi komandalara dəstək göstərməkdir. "Xarı Bülbül" komandasının yaxşı tarixçəsi var. Federasiyanın mövqeyi bəllidir. Hər komanda çempionatın əvvəlində mövsümə hazır olmalıdır. Yüksək Liqada oynayan kollektivlərə şərait yaradırıq. Bəzi işlərdə kömək göstəririk. Amma iqtisadi məsələləri özləri planlaşdırırlar". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov federasiyasının cari il ərzindəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qeyd edib.

Vitse-prezident Bəhruz Quliyev isə "Xarı Bülbül" klubunun mövsümün əvvəlində onlara təsdiqedici sənəd təqdim etdiyini söyləyib: "Biz öz gücümüzdən istifadə edərək müəyyən kömək göstəririk".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə