Baş məşqçi Faiq Qarayevə simvolik forma təqdim edilib

Baş məşqçi Faiq Qarayevə simvolik forma təqdim edilib

"Mənim üçün xoş gündür. 2024-cü ildə voleybolda məşqçiliyimin 40 ili tamam olacaq. Prosesləri kənardan izləyə bilməzdim. Voleybol həmişə yüksəklərdə olub". SİA xəbər verir ki, bunu voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olun Faiq Qarayev mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis bu təklifi qəbul edərkən çox fikirləşdiyini söyləyib: "İşim çox çətindir. Bu işə gələrkən qarşıma bir məqsəd qoydum. Bu, tək mənim işim deyil. Əl-ələ verib bu idman növünü yüksəkləyə qaldıra bilərik. Keçmişlə yaşaya bilmərik. Uğurlar olub. Yığmanın baş məşqçisi olmaq hər kəsə nəsib olmur. Şərəfli və məsuliyyətli işdir. Hesab edirəm ki, düzgün istiqamət götürsək, nailiyyətlər əldə edə bilərik".

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qadınlardan ibarət milli yığmanın yeni baş məşqçisi Faiq Qarayevə simvolik formanı təqdim edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə