"Növbəti ildə daha yaxşı fəaliyyət ortaya qoymalıyıq" - Şahin Bağırov
"Bu il Azərbaycan dövləti üçün çox önəmlidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivədə bir çox işlər görülüb. Hər birimiz Ulu Öndəri qəlbimizdə saxlayaraq öz fəaliyyətimizdə uğurlu addımlar atmağa çalışdıq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov federasiyasının cari il ərzindəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qeyd edib.
"Düşünürəm ki, növbəti ildə daha yaxşı fəaliyyət ortaya qoymalıyıq. Bizə hər zaman dəstək göstərən Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Azərbaycanda idmana göstərilən diqqət nəticəsində öz işlərimizdə daha çox uğur qazanmağa və bütün bölgələrdə voleybolu inkişaf etdirməyə çalışırıq".
Ş.Bağırov qeyd edib ki, qadınlar üzrə milli komandanın baş məşqçi postu ilə bağlı müzakirələr aparılıb.
Sonda isə voleybolun inkişafında, beynəlxalq arenalarda uğurlu nəticələr göstərməkdə rolu olan Faiq Qarayevi təbrik edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB