"Real Sosyedad" PSJ-ni sıradan çıxarmağa qadirdir...

"Real Sosyedad" PSJ-ni sıradan çıxarmağa qadirdir...

"Real Sosyedad"ın keçmiş futbolçusu Asier İllarramendi Çempionlar Liqasının pley-off mərhələsində İspaniya klubu ilə PSJ arasında gələcək qarşıdurma ilə bağlı gözləntilərini bölüşüb.

Xatırladaq ki, "Real Sosyedad" Çempionlar Liqasının qrupunda "İnter", "Benfika" və "RB Zalsburq"u qabaqlayaraq qalib gəlib və 1/8 finalda Fransa çempionu ilə qarşılaşacaq.

"Real Sosyedad" PSJ-yə qarşı böyük sınaq qarşısındadır. Onların Avropada göstərdiyi səviyyə komandaların hər şeyə qadir olduğunu göstərir.

PSJ-nin əla oyunçuları var, amma məncə, La Real daha yaxşı komandadır. Həqiqət budur ki, püşkatmanın nəticəsini görəndə ilk düşündüyüm bu oldu: "Bu komanda PSJ kimi böyük klubu sıradan çıxarmağa qadirdir".

İllarramendi deyib bunu.

Əlavə edək ki, klublar arasında görüşlər 2024-cü il fevralın 13 və 20-də baş tutacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə