Azərbaycan Güləş Federasiyası ölkədə güləşin sağlam təməllər üzərində möhkəmlənməsi və sistemli inkişafı üçün müxtəlif layihələri həyata keçirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, belə layihələrdən biri də bu gün start götürüb.
Cari ildə yetirmələri U-15 və U-17 Avropa və dünya çempionatlarında medal qazanan şəxsi məşqçilərlə görüş keçirilib. Federasiya bu məşqçilərlə sıx əməkdaşlığa başlayır.
Qarşıdakı 1 il ərzində AGF tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcək. Bu istiqamətdə təbliğat və təşviqat işlərində federasiya tərəfindən tam dəstək veriləcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, 2028-ci və 2032-ci il Yay Olimpiya Oyunlarına daha güclü və rəqabətli heyəti formalaşdırmaq üçün həyata keçiriləcək digər layihələr də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB