“Kəpəz” komandası qış fasiləsinə yollanıb

“Kəpəz” komandası qış fasiləsinə yollanıb

"Kəpəz" komandası qış fasiləsinə yollanıb. Gəncə təmsilçisindən SİA-ya verilən məlumata görə, futbolçulara 10 günlük istirahət verilib.

Bəzi legionerlər Yeni il bayramı ilə əlaqədar ölkələrinə yollanıblar. Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq.

Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə