“Beşiktaş” 1 ay əvvəl təyin olunan baş məşqçi ilə yollarını ayırdı
Türkiyənin “Beşiktaş” klubu baş məşqçi Rıza Çalımbay ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb. Bildirilib ki, “Alanyaspor” matçından sonra baş tutan iclasda buna qərar verilib.
Xatırladaq ki, Rıza Çalımbay kluba bir ay əvvəl baş məşqçi təyin edilmişdi. Qeyd edək ki, ötən gün “Beşiktaş” “Alanyaspor”la matçda 1:3 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB