"Barselona” bu mövsüm pisləşən performansına baxmayaraq Robert Levandovskini satmaq fikrində deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İspaniyanın “As” nəşri yazıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubunun prezidenti Joan Laporta, polşalı futbolçunun Xavinin layihəsində mühüm rol oynadığını, baş məşqçinin də ona inanmaqda davam etdiyini bildirib.
Yəni məşqçi hücumçuya inamını itirməyib və onun yüksək performansını bərpa edəcəyinə əmindir.
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində 21 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib. "Barselona" İspaniya La Liqasında 18 oyundan sonra 38 xalla üçüncüdür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB