"Ev oyunlarımızı Xankəndində oynamaq istəyərik" - Qəzənfər Abbasov

"Ev oyunlarımızı Xankəndində oynamaq istəyərik" - Qəzənfər Abbasov

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində bu gün tarixi torpaqlarımızda belə bir oyun baş tutdu". SİA xəbər verir ki, bu sözləri Xankəndidə "Qarabağ"la qarşılaşan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.

"MOİK futbol klubu olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edir, "Qarabağ" klubunu da qələbə münasibətilə təbrik edirəm",- deyə o əlavə edib.

Oyundan sonra Qurban Qurbanovun onu mübarizəli oyuna görə təbrik edib.

Abbasov gələcəkdə Premyer Liqada çıxış edə biləcəklərini də söyləyib: "Ev oyunlarımızı Xankəndində oynamaq da istəyərdik. Bu, mənim üçün də şərəf olar. Matçdan əvvəl yüksəl rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq. Göstərilən qayğı 2-3 qat artacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə