Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı - YENİLƏNİB - FOTO -CANLI YAYIM

Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı - YENİLƏNİB - FOTO -CANLI YAYIM

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin dekabrın 21-i Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçı başa çatıb. SİA- nın məlumatına görə, oyun “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+1-ci dəqiqədə “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə qol vurmağa nail olub.

Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə