Almaniya Bundesliqasında növbəti turun oyunları baş tutub. SİA xəbər verir ki, turnir cədvəlinin vahid lideri olan Leverkuzen “Bayer”i öz meydanında darmadağına imza atıb. “Bohum”a şans verməyən komanda meydançadan 4:0 hesablı mütləq üstünlüklə ayrılıb.
“Bavariya” isə üç xalı səfərdə əldə edib. Münhenlilər “Volfsburq”a qalib gəliblər - 1:2.
Beləliklə də, hazırda 16 oyuna 42 xal toplamış “Bayer” çempionata başçılıq edir. Bir oyun az keçirən “Bavariya” isə 38 xalla liderin ən yaxın izləyicisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB