Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu yeni hücumçu transfer etmək istəyir. SİA-nın məlumatına görə, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç ön xəttin gücləndirilməsinin vacib olduğunu açıqlayıb.
Mütəxəssis ümidləri doğruldacaq forvard axtardıqlarını bildirib: “Hücumda fərq yaratmağı bacaran futbolçu gətirməliyik. Ümid edirəm ki, qış “transfer pəncərəsi”ndə bu keçidi reallaşdıra biləcəyik”.
Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun 5 hücumçusundan biridir. O, cari mövsüm 4 qola imza atıb. Zaqreblilərin ən məhsuldar forvardı isə hesabında 6 qol olan Bruno Petkoviçdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB