“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 2023-cü ilin ən yaxşı məşqçisi seçildiyi barədə məlumat vermişdik. SİA xəbər verir ki, "Komanda.az" saytının KİV arasında keçirdiyi sorğuda qalib olan 51 yaşlı mütəxəssis mükafatına qovuşub. Bununla bağlı keçirilən tədbirdə saytın baş redaktoru Rəşad Ergün "ilin ən yaxşı məşqçisi" mükafatını Qurbanova təqdim edib.
Daha sonra çıxış edən təcrübəli baş məşqçi 13-cü dəfə onu bu mükafata layiq gördüklərinə görə media nümayəndələrinə təşəkkür edib.
Qarşıdakı illərdə də Azərbaycan futbolunun inkişafı, uğurları qoruyub saxlamaq üçün əlindən gələni edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB