"İdmanda qazanılan uğurlarda Prezidentin səyi və diqqəti böyük rol oynayır" - ƏMƏKDAR MƏŞQÇİ DANIŞDI

"İdmanda qazanılan uğurlarda Prezidentin səyi və diqqəti böyük rol oynayır" - ƏMƏKDAR MƏŞQÇİ DANIŞDI

"Prezident İlham Əliyev bizə Qarabağ qələbəsini yaşadıb. Mərdlik, döyüşkənlik, qəhrəmanlıq kimi bir kişiyə məxsus nə varsa, dövlət başçısı bizə onu qaytardı. Çünki torpaqlarımızın işğal altında olmağı bizim üçün mənfi bir hal idi". Bu sözləri SİA-ya açıqlamasında kikboksinq üzrə dünya və Avropa çempionu, "Sərhədçi" İdman Mərkəzinin baş-zabit məşqçisi Fuad Zeynalov deyib.

Əməkdar məşqçi sözlərinə davam edərək bildirib ki, Azərbaycan xalqı hər zaman öz Prezidentinin ətrafında sıx birləşib: "Onun sayəsində Azərbaycan inkişaf edir. İnkişaf edən sahələr sırasında idmanı da xüsusi vurğulaya bilərik. Prezident İlham Əliyevin səyi və qayğısı nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Dövlət başçısının idmana diqqəti varsa, deməli hər kəsin diqqəti var. Ona görə də hər bir idman növü üzrə Azərbaycan beynəlxalq yarışlarda uğurla çıxış edir. Təbii ki, bu, sevindirici haldır. İdman sahəsində qazanılan bu uğurlarda Azərbaycan Prezidenti İlham Əliyevin zəhməti və diqqətinin böyük rolu var. Bütün idmançılar adından cənab Prezidenti qarşıdan gələn doğum günü münasibətilə təbrik edirəm".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə