Azərbaycan şahmatlarının mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR
Dünya və Avropa çempionatlarında yer tutan şahmatçıların mükafatlandırma mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, AŞF-nin prezidenti Mahir Məmmədov və federasiyanın icraiyyə komitəsinin üzvləri iştirak edirlər.
İlk olaraq il ərzində Azərbaycanda şahmat sahəsində əldə olunan uğurlar və baş tutan mötəbər tədbirlər barədə video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Azərbayxan Şahmat Federasiyasının ilin hələ şahmatçılar üçün başa çatmadığını vurğulayıb: “Hazırda biz Səmərqəndə blits və rapid növləri üzrə dünya çempionatınım keçirilməsini gözləyirik. Bu yarışada xeyli sayda idmançılarımız yollanacaq. İdmamçılarımıza böyük ümidlərimiz var. Federasiya rəhbəri daima onlara dəstək olduqları üçün Gənclər və İdman nazirliyinə öz təşəkkürlərini bildirib. 2023-cu il bizim üçün məhsuldar keçib. Bu il də biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini yada salırıq. Bizdə Şahmat Federasiyası olaraq “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirtmişik. Ölkəmizdə bu il ərzində Dünya Kuboku keçirildi. Təbii ki, bu yarışda da dünyanın tanınmış şahmatçıları iştirak etdi. 2024-cu ildə Şahmat Olimpiadası olacaq. Həmçinin, Maqnus Karlsenin İddiaçılar Turnirindən rəsmi imtinasından sonra Nicat Abbasovun burada iştirakı gözlənilir. 20 yaşadək şahmatçılar arasında keçirilən yarışda Azərbaycan idmançıları çoxlu sayda uğurlar qazanıb. Kişilərdən ibarət yığma komandamız Avropa çempionatında uğursuz nəticələr əldə etdilər. Bununla bağlı hələ də araşdırmalıar aparılır. Lakin qadın şahmatçılarımız gümüş medal qazandılar. Bütün bunlar bizə ümis verir ki, qadınlardan obarət komandamız gələcəkdə yüksələn xəttlə inkişaf edəxəklər. “Vuqar Həşimov Memorialı” ilk dəfə olaraq Qəbələdə keçirildi. Turnirdə məşhur xarici və yerli şahmatçılar iştirak edirdilər. Ümumilikdə bu yarış yaxşı xatirələrlə yada saldı. Səbirsizliklə 10-cu “Vüqar Həşimov Memorial” nın keçirilməsini gözləyirik”.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, şahmat idman növü kifayət qədər populyardır: "Çünki yüksək nəticələr əldə edərək bizi sevindirən şahmatçılarımız var. Qadınların nəticələri bu il daha yaxşı olub. Qeyd edim ki, onlar dünya çempionatında qızıl medal qazanıblar. Təbii ki, bu arzuolunan nəticələrdir. Ümumilikdə bütün idmançıları təbrik edirəm. Əlbəttə ki, bu uğurlarda dövlətin dəstəyi çox vacibdir. İdmançılarımız cənab Prezidentin qayğısını hiss edir və hər ilin yekununda şəxsən görüş keçirilir. Arzumuz odur ki, növbəti ildə daha yaxşı nəticələrimiz olsun. İnanıram ki, bizim idmançılarımız bunu bacaracaqlar".
Azərbaycan şahmatçısı Nicat Abbasov da öz təəssüratlarını bölüşərək 2023-cü ilin onlar üçün çox zəngin il olduğunu qeyd edib: "İdman növləri çoxdur. Amma bizim federasiya bir qədər fərqlənir deyə düşünürəm. Bu il şahmat üzrə qadınlardan ibarət yığmamız uğurlu nəticələr əldə edib. Ümid edirəm ki, növbəti ildə kişilərdən ibarət komandamız da çox yüksək nailiyyətlər əldə edərlər".
Daha sonra Azərbaycan Şahmat Federasiyası tərəfindən 14 şahmatçı və bir sıra məşqçilər mükafatlandırılıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB