"Real" "Villareal"ı yenərək birinci pilləyə yüksəlib

"Real" "Villareal"ı yenərək birinci pilləyə yüksəlib

İspaniya La Liqasının XVII turunda “Real Madrid” evində “Villareal”ı qəbul edib. SİA xəbər verir ki, görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 25-ci dəqiqəsində C.Bellinhem hesabı açıb. 37-ci dəqiqədə Rodriqo hesab arasındakı fərqi artırıb. J.Morales 54-cü dəqiqədə qonaqların yeganə qolunun müəllifi olub.

Oyunun 64-cü dəqiqəsində B.Diaz fərqi artırıb. Görüşdə son nöqtəni L.Modriç qoyub.

Qələbə sayəsində “Real Madrid” 42 xalla turnir cədvəlinin lideri olub. Qonaqlar isə 16 xalla 14-cü pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə