"Bavariya" inamlı qələbə qazanıb

"Bavariya" inamlı qələbə qazanıb

Almaniya Bundesliqasında XV tur çərçivəsində “Bavariya” evində “Ştutqart”la qarşılaşıb. SİA xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı H.Keyn ikinci dəqiqədə açıb. Futbolçu 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Görüşdə yekun hesabı M.Kim müəyyən edib.

Qələbə sayəsində “Bavariya” ikinci pillədəki yerini qoruyub (35 xal). “Ştutqart” isə 35 xalla dördüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə