Sumqayıtda Kyokuşinkaykan karate üzrə klublararası turnir keçirilib - FOTOLAR

Sumqayıtda Kyokuşinkaykan karate üzrə klublararası turnir keçirilib - FOTOLAR

Sumqayıt Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə klublararası turnir keçirilib. SİA xəbər verir ki, Turnir Azərbaycan Karate Federasiyası, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının Azərbaycan nümayəndəliyi ilə razılaşdırılıb. Turnir Beynəlxalq Ciyutaido Federasiyasının Azərbaycanda nümayəndəsi, Avropa mükafatçısı, Dünya Kubokunun sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Oruc Şahbalayevin təşkilatçılığı ilə keçirilib. Yarışda Azərbaycanın müxtəlif regionlarından 18 klub və tərkibində 150-yə yaxın olan uşaq və yeniyetmə idmançı iştirak edib.

Təntənəli açılış mərasimində canlarını Vətən uğrunda qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirdə çıxış edən Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının Sədri, Qarabağ döyüşlərinin qazisi Teyyub Əzizov və digər çıxışçılar vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin hər zaman əziz tutulduğunu və belə turnirlərin gənc idmançıların vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərildiyini vurğuladılar.

Yarışın sonunda müxtəlif yaş qruplarında qaliblər müəyyənləşdirilərək diplomlarla mükafatlandırıldı.

“Altun” idman klubunun məşqçisi Oruc Şahbalayevin turnirdə iştirak edən 11 yetirməsi uğurlu nəticə əldə edərək medal qazandı.

1-ci yeri qazanmış idmançılar:
Həsənzadə Xaqan
Rəsulova Aytac
İsmayılzadə Ümid
Qəhrəmanov Hüseyin
Novruzlu Yılmaz

Klubun 2-ci yeri əldə edən idmançıları:
Həsənzadə Selcanxatun
Novruzov Eyvaz
Əkbərzadə Turan
Abdıyev Emil
3-cü yeri
Abdullazadə Tuncay və Əkbərzadə Nurlan qazandı.

Turnirin qaliblərinə kubok təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə