Futbolçu Premyer Liqa matçı zamanı huşunu itirib

Futbolçu Premyer Liqa matçı zamanı huşunu itirib

“Luton Taun”un müdafiəçisi Tom Lokyer İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut"la oyununda huşunu itirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin sözlərinə görə, insident ikinci hissədə hesab 1:1 olarkən baş verib. Qarşılaşma dayandırılıb və futbolçuya tibbi yardım göstərilib. O, azarkeşlərin alqışları altında meydanı xərəkdə tərk edib. Qeyd olunur ki, Lokyer indi özünə gəlib və görüşün ləğv edilməsinə qərar verilib.

Lokyer 2020-ci ildən “Luton”da çıxış edir. May ayında o, artıq bir matç zamanı huşunu itirmişdi. Sonra müdafiəçiyə qulaqcıqların fibrilasiyası diaqnozu qoyuldu, o, əməliyyat olundu və futbolçu karyerasına davam edə bilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə