"Səbail" klubunun futbolçusu David Qomis əməliyyat olunub. "Dənizçilər"in mətbuat xidmətindən SİA-yü verilən məlumata görə, cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
31 yaşlı yarımmüdafiəçinin əməliyyatının uğurlu alındığı vurğulanıb.
Qeyd edək ki, fransalı oyunçu Premyer Liqanın XVI turunda "Sabah"a 0:4 hesabı ilə uduzduqları matçın ilk hissəsində zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB