Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə beynəlxalq və milli hakimlərin təkmilləşdirilmə kursu, yeni hakimlər üçün Respublika seminarı keçirilir. ATF-dən SİA-ya verilən məlumata görə, tədbirə 50 nəfər qatılıb.
ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçirilən seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyır.
Qeyd edək ki, tədbir dekabrın 17-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB