İtaliya A Seriyasında 16-cı turunda “Cenoa” “Yuventus”u qonaq edib. Genuyadakı “Luici Ferraris” stadionundakı qarşılaşma 1:1 hesabıyla nəticələnib. SİA xəbər verir ki, 28-ci dəqiqədə “Yuve”nin hücumçusu Federiko Kyeza hesabı açıb. O, penaltini qola çevirib. İkinci hissənin əvvəlində isə “Cenoa”nın hücumçusu Albert Qudmundsson cavab qolunu vurub.
Hazırda “Yuventus” turnir cədvəlində ikinci yerdədir. Komanda 16 oyundan sonra 37 xal toplayıb. “Cenoa” isə 16 xalla 14-cüdür.
Qeyd edək ki, İtaliya çempionatına “İnter”i (38) başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB