"2024-cü ilin aprel ayında Azərbaycan Çövkən Liqasının başlanması planlaşdırılır" - ARAF-ın baş katibi
"2024-cü ilin aprel ayında Azərbaycan Çövkən Liqasının başlanması planlaşdırılıb". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib.
O bildirib ki, digər idman növlərində olduğu kimi Azərbaycan klubları artıq Liqa daxilində bir-birinə qarşı mübarizə aparıb ölkənin mütləq çempionunu müəyyən edə biləcəklər: "Bu turnirlərdə oynayan bütün oyunçuların hər birinin yığmaya düşmə şansları var. Belə ki ötən ay keçirdiyimiz Çövkən üzrə dünya çempionatında yarışan idmançılardan Azərbaycan yığmasının tərkibi müəyyən olunub. Növbəti ildə də ölkəmizdə beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB