ÇL: 1/8 finalın son 2 iştirakçısı bilinəcək

ÇL: 1/8 finalın son 2 iştirakçısı bilinəcək

Çempionlar Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq. Matc.az xəbər verir ki, son gündə E, F, G və H qruplarında son görüşlər olacaq.

Baş tutacaq matçların ardından yalnız F və H qruplarında 1/8 finala adlayacaq ikinci komandanın adına aydınlıq gələcək.

“Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leypsiq” və “Barselona” 1/8 finala vəsiqəni öncədən təmin ediblər.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya)

00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland)

F qrupu

00:00. Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)

00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)

G qrupu

21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)

21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)

H qrupu

00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)

00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)

Bütün xəbərlər Facebook səhifəmizdə