"Tottenhem"lə 2030-cu ilə qədər müqavilə bağladı

"Tottenhem"lə 2030-cu ilə qədər müqavilə bağladı

"Tottenhem" müdafiəçisi Destini Udoji ilə yeni müqavilə imzalayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı futbolçunun sözləşməsi 2030-cu ilə qədərdir.

Udoji son transfer pəncərəsində 18 milyon avroya "Udineze"dən "Tottenhem"ə keçib. Bu mövsüm müdafiəçi komandanın heyətində bütün yarışlarda 14 matça çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. "Transfermarkt" internet portalına görə onun təxmini dəyəri 25 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə