Azərbaycan təmsilçisi Berlində keçirilən yarışda qələbə qazanıb - FOTOLAR
9 dekabr tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Kikboksinq üzrə "Heydər Əliyev Kuboku"nun 10-cu yarışı keçirilib. SİA xəbər verir ki, kubokun açılışı və yarışlar Chausseestraße 30 ünvanında yerləşən Titanik Hoteldə baş tutub. Azərbaycan və Almaniyadan olan idmançıların iştirakı ilə təşkil olunan beynəlxalq yarışın tərəfdaşı olaraq Dünya Kikboksinq Təşkilatları Assosiyası çıxış edib (WAKO).
Milli Məclisin komitə sədri Adil Əliyevin təşkilatçısı olduğu bu yarışda sərhədçi kikboksinq klubunun üzvü "Pələng" ləqəbli Qəşəm Məmmədov iştirak edib. Yarışda iştirak edən 7 nəfərdən biri olan Azərbaycan təmsilçisi 75 kq çəki dərəcəsində mübarizə apararaq səkkizinci peşəkar döyüşündə VIII qələbəsini qazanıb.
Qeyd edək ki, Qəşəm Məmmədovun müəllimi Dövlət Sərhəd Xidmətinin mayoru, əməkdar idmançı, kikboksinq üzrə Dünya və Avropa çempionu Fuad Zeynalovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB