Qəbələnin ev sahibliyi etdiyi şahmat üzrə "Vüqar Həşimov Memorialı" başa çatıb. Turnirin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, qalib şahmatçını təbrik edib. AŞF rəhbəri Azərbaycan şahmat ailəsi adından bu idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Turnirin Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov yarışın keçirilməsinə dəstək olan qurumlara minnətdarlığını bildirib.
Yarışın qısa xülasəsi ekranda nümayiş olunub. Ardınca baş hakim İlahə Qədimova yekun nəticəni açıqlayıb.
Mükafatlandırma mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mahir Məmmədov, ərazi vergi idarəsinin rəisi Elxan Süleymanlı və Vüqar Həşimovun atası Qasım Həşimov iştirak ediblər.
9-cu Vüqar Həşimov Memorialının qalibi olan Hindistan şahmatçısı Vidit Santoş Qujratiyə kuboku Qasım Həşimov təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB