Frenki de Yonq: "Çox şeyi təkmilləşdirməliyik"

Məlum olduğu kimi, İspaniya La Liqasının 16-cı turunda "Barselona" "Jirona"ya uduzub - 2:4.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin üzvü Frenki de Yonq məğlubiyyəti şərh edib:

"Bu, bizim günahımızdır. Normal səviyyəmizi göstərə bilmədik. Topa çox nəzarət edə bilmədik. Əsasən də mən. Böhran yoxdur. İndi 7 xal geridəyik. Bu, boş şeydir. Qarşıda hələ oyunlar var. Biz yolun yarısındayıq. Çox şeyi təkmilləşdirməliyik. Çox məyus olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə