“Atletiko” “Almeriya”nı məğlub etdi

“Atletiko” “Almeriya”nı məğlub etdi

İspaniya La Liqasının XVI turu çərçivəsində “Atletiko Madrid” və “Almeriya” komandalarının qarşılaşması baş tutub. Komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda qarşılaşıblar. SİA xəbər verir ki, “Atletiko” “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib.

17-ci dəqiqədə Alvaro Morata matçda hesabı açaraq, “Atletiko”nu önə çıxarıb. Artıq 22-ci dəqiqədə Anxel Korrea matçda “matrasçılar”ın üstünlüyünü ikiqat artırıb. 62-ci dəqiqədə Leo Baptistao fərqlənərək görüşün yekun hesabını təyin edib. Oyun 2:1 hesabı ilə “Atletiko”nun qələbəsi ilə başa çatıb.

Bu matçın nəticəsindən sonra 15 matçdan 34 xal toplayan “Atletiko” “Barselona”nı geridə qoyaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Almeriya” isə 4 xal toplayıb və sonuncu - 20-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə