“Jirona” “Barselona”ya qalib gəlib liderliyə yüksəldi

“Jirona” “Barselona”ya qalib gəlib liderliyə yüksəldi

İspaniya La Liqasında XVI turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün “Barselona” “Jirona”nı qəbul edib. Bu matçda Kataloniya təmsilçisi 2:4 hesabı ilə uduzub.

“Barselona” - “Jirona” - 2:4

Qollar: Dovbuk, 12 (0:1), Levandovski, 19 (1:1), Qutierrez, 40 (1:2), Fernandes, 80 (1:3),

Gündoğan, 90+2 (2:3), Stuani, 90+5 (2:4)

Bu qələbə ilə “Jirona” 41 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib. “Real” 39 xalla 2-ci, “Atletiko” 34 xalla 3-cü, “Barselona” 34 xalla 4-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə