Qadın futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununu keçirəcək

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək. SİA-nın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.

"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.

Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə