Avro 2024-ün topu əllə oyun və ofsaydları müəyyən edəcək

2024-cü il Avropa çempionatında əllə oyun və oyundankənar vəziyyətləri müəyyən etmək üçün xüsusi topdan istifadə ediləcək. SİA xəbər verir ki, turnirdə hakimlərin qərarlarına top izləmə texnologiyası yardımçı olacaq.

Mikroçip topların xarici təbəqəsinin altında gizlədilib və xüsusi aşkarlama sistemi ilə təchiz edilib.

Texnologiya qərar qəbul edənlərə oyunçuların skeletlərinin üçölçülü görünüşünü təqdim edəcək və topun bədənin hansı hissəsinə dəydiyini dəqiq müəyyən etmək mümkün olacaq.

Bu texnologiya hakimlər tərəfindən verilən hər hansı qərarı ləğv etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə