Qadın volelbolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Qadın volelbolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub. Federasiyadan SİA-ya verilən məlumata görə, dekabrın 5-də IV turun iki görüşü baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və "Azərreyl" komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq.

Saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə