Levandovski "Barselona"nı erkən tərk edə bilər

Robert Levandovski "Barselona"nı erkən tərk edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sport.es” xəbər verir.

Mənbənin sözlərinə görə, polşalı hücumçunun müqaviləsində kataloniyalının müqaviləni pulsuz olaraq ləğv edə biləcəyi bənd var.

Bu, Levandoski 2024/2025 mövsümündə komandanın heyətində keçirdiyi oyunların 55 faizindən azında oynasa, baş verə bilər.

Qeyd edək ki, Levandovskinin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu La Liqa mövsümündə Robert "Barselona"nın heyətində 12 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə