Azərbaycan yığması güləş üzrə dünya çempionatında çıxışını başa vurub

Azərbaycan yığması güləş üzrə dünya çempionatında çıxışını başa vurub

Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığması Bakıda keçirilən hərbiçilər arasında dünya çempionatında çıxışını başa vurub. SİA xəbər verir ki, mundialın sonuncu günündə daha üç idmançımız fəxri kürsüyə yüksəlib.

Güləşçilərimiz Nihad Quluzadə (60 kq) qızıl, Qurban Qurbanov (67 kq) qızıl, Laçın Vəliyev (87 kq) gümüş medal qazanıb.

Bununla da bu növdə yığmamızın medallarının sayı 8-yə çatıb.

Qeyd edək ki, bundan öncə yunan-Roma güləşində Murad Əhmədiyev (97 kq), Ziya Babaşov (63 kq) və Ülvi Qənizadə (72 kq) çempion tituluna yiyələniblər. Azad Əliyevlə (82 kq) Fərid Sadıqlı (55 kq) isə 3-cü yeri tutub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə