"Mənim şəxsi performansım komandanın çıxışına bağlı olan bir durumdur" - BASKETBOLÇU BİLDİRDİ
"Bu gün görüşə istədiyimiz kimi start verdik. Komanda olaraq hər kəs çox yaxşı mübarizə apardı. Son 3 həftdə yaxşı oyun sərgiləmirdik və bunun da təsiri çox idi. Bəzi komandalar bizim qələbələrimizin artıq təsadüf olduğunu düşünməyə başlamışdı. Lakin komanda olaraq bu qələbə ilə çempionatda əbəs yerə lider olamdığımızı göstərdik". SİA xəbər verir ki, bu sözləri "Xəzri" komandasının basketbolçusu Səid İsmayılov “Xırdalan” ilə qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Basketbolçu bildirib ki, bu qarşılaşmada hər kəs üzərinə düşəni uğurla yerinə yetirərək komandanın qalibiyyətində böyük pay sahibi olub: "Mənim şəxsi performansıma gəlincə isə bu da kollektivin çıxışına bağlı olan bir durumdur. Bugünkü 11 xal, 10 asist və 6 ribaundluq dabl-dablım karyeramda bir ilk idi. Buna görə də mən çox xoşbəxtəm və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB