"Lider idik və belə də davam edirik" - Baş məşqçi

"Lider idik və belə də davam edirik" - Baş məşqçi

"İlk olaraq rəqibi təbrik edirəm. Bu gün həqiqətən komandam çox yaxşı mübarizə apardı. Bu oyunda güclü bir rəqibə qarşı yaxşı köklənərək və istədiyimiz kimi müdafiə olunaraq qalib gəlməyi bacardıq". SİA xəbər verir ki, bu sözləri "Xəzri" komandasının baş məşqçisi Murat Dikmen “Xırdalan” ilə görüşdən sonra klubun mətbuat xidmətinə müsahibəsində deyib.

"Rəqibin 3-cü periodda ciddi müqavimət göstərəcəyinin fərqində idik. Buna görə də fasilədə komandamla danışıb ona uyğun reaksiya vermələrini istədim. Bu çempionatdakı 5-ci qələbəmiz idi və bizim üçün çox vacib bir qalibiyyət oldu. Lider idik və belə də davam edirik. Növbəti matça köklənəcəyik. Oyunçularımı təbrik edirəm",- deyə baş məşqçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə