“Əl Hilal” liderliyini möhkəmləndirdi

Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 15-ci turun mərkəzi oyunu baş tutub. SİA xəbər verir ki, Kral Fəhd adına Beynəlxalq Arenada turnir cədvəlinin liderləri qarşılaşıb - ilk pillədəki “Əl Hilal” ikinci yerin sahibi “Ən Nəsr”i qəbul edib.

Ev sahibləri qonaqların qapısından üç cavabsız top keçirməklə xallarının sayını 41-ə çatdıraraq liderliklərini daha da möhkəmləndiriblər.

Məğlubiyyətə baxmayaraq, ikinci pillədəki yerini qoruyan “Ən Nəsr”in aktivində isə 34 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə