"Velosiped idman növü olmaqla yanaşı həyat tərzidir" - Çingiz Hüseynzadə

"Azərbaycan Velosiped Federasiyasında ikinci səviyyəli kurslar keçirilib. Bu, Milli Olimpiya Komitəsinin AVF ilə birgə təşkil etdiyi dördüncü layihədir". SİA xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, bu kursların keçirilməsində məqsəd Azərbaycanda velosiped üzrə yeni məşqçilərin hazırlanmasıdır: "Velosiped yalnız idman növü deyil, eyni zamanda bir həyat tərzidir. Bu, bizim üçün çox önəmlidir. Velosipedin həm idman növü, həm də nəqliyyat vasitəsi kimi inkişaf etməyini istəyirik".

Ç.Hüseynzadə qeyd edib ki, MOK yalnız AVF ilə yox, digər federasiyalarla da bu cür kurslar həyata keçirir: "Bu il ilk dəfə Azərbaycan Voleybol Federasiyası ilə birgə ən yüksək səviyyəli kursun təşkilinə nail olduq. Ümumilikdə isə 7 federasiya MOK-un bu layihəsindən faydalanır. Ümud edirəm ki, gələcəkdə bütün federasiyalar da bu layihəyə qoşulacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə