Güləş üzrə dünya çempionatında ilk günün mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatında ilk günün mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutan tədbirdə qaliblərin mükafatlarını gənclər və idman nazirinin müavini Marianna Vasileva, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede və Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov təqdim ediblər. Qaliblər medal və kuboklarla təltif olunub.

Azərbaycan yığması çempionatın ilk gününü 4 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qadınların mübarizəsində Elnurə Məmmədova (52 kq) ikinci yerdə, Nərgiz Səmədova (50 kq) isə üçüncü yerdə qərarlaşıb.

Kişilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), İbrahim Yusubov (92 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Xatırladaq ki, "Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə