Deko Xavinin "Barselona"dan "getməsindən" danışıb...

"Barselona"nın idman direktoru Deko komandanın baş məşqçisi Xavi ilə bağlı tənqidlər və onun mümkün istefası ilə bağlı yayılan söz-söhbətlərdən danışıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kataloniya klubu hazırda İspaniya çempionatının turnir cədvəlində 4-cü yerdədir. Klub rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: “Xavi bizim baş məşqçimizdir. Onun bu yaxınlarda yenilənmiş müqaviləsi var. Klub öz məşqçisi ilə müqaviləni yeniləyərkən, ona güvəndiyi üçün olur. Burada müzakirə üçün heç bir səbəb yoxdur. Başa düşürəm ki, çox yaxşı oynamayanda və qalib gəlmədikdə, tənqid üçün yer var, amma bu normaldır. Bu futboldur və biz buna öyrəşmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə