İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Qavi əməliyyat olunub. SİA xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi çarpaz bağındakı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Qavi Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda zədələnmişdi. AS nəşri oyunçunun təxminə 8-9 aydan sonra yaşıl meydanlara qayıda biləcəyini yazıb.
Qeyd edək ki, Qavi cari mövsüm "Barselona"da 15 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB