İspaniya LaLiqasının 14-cü turu çərçivəsində daha bir oyun keçirilib. SİA xəbər verir ki, “Jirona” ev matçında Bilbao “Atletik”ilə minimal hesablı heç-heçəyə razılaşıb - 1:1.
Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, üstünlüklərini sonadək qoruya bilməyərək çempionatda liderliyə yüksəlmək şansını əldən veriblər.
Bu nəticədən sonra 35 xal toplayan “Jirona” turnirin hazırki lideri olan “Real Madrid”lə xallarını bərabərləşdirərək ikinci pillədəki mövqelərini daha da möhkəmləndirib. Komanda “Atletiko” (31 xal) və “Barselona” (31 xal) kimi futbol nəhənglərini arxada qoyub.
“Atletik” isə hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB