"Filmdə keçdiyim yollar qısa şəkildə əks olunub. Mən çox uzaqlara getdim. İnanıram ki, bu filmdən sonra mən daha həvəsli və məsuliyyətli olacam. Çəkdiyim əziyyətlərə daha çox dəyər verdim. Əgər bu səviyyəyə gəlib çıxmışamsa, bunu qoruyub saxlamağa və daha artığını etməyə çalışmalıyam. Film boyu 6-7 yaşımdan 52 yaşıma qədər yaşanmışlıqları xatırladım. Bir anda keçmiş günlərə qayıtdım". SİA xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr olunmuş "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Q.Qurbanov bu filmin Norveçdə "Molde" ilə keçirəcəkləri Avropa Liqasının V tur oyununda komandaya əlavə motivasiya verəcəyinə inandığını söyləyib: “Onlar gördülər ki, qazanılan uğurlara böyük qiymət verilir. Bilirəm ki, futbolçularım bunu yaxşı dərk edirlər”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB