MOK rəhbərliyi Baş Assambleyada iştirak edir - FOTO

MOK rəhbərliyi Baş Assambleyada iştirak edir - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 12-ci Baş Assambleyası keçirilir. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edir.

Assambleyada “İSSF institusional” və oyunlar strategiyası üzrə seminar keçirilib. Ardınca İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.

İştirakçılar daha sonra 2023-cü il Səudiyyə Oyunlarının açılış mərasiminə qatılacaqlar.

Qeyd edək ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasından öncə İdarə Heyətinin 36-cı onlayn iclası təşkil olunub və bir çox məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə