"Bu gün çox təəsüf ki, yaxşı oyun sərgiləmədik. Təxminən 2-3 həftədir ki, istədiyimiz performansı göstərə bilmirik. Mövsümə yaxşı başlamışdıq ancaq son həftələr performansımızda eniş müşahidə olunur. Komandamın 62 xal yığması qəbuledilməzdir. Ancaq rəqibi də 53 xalda saxlamaq bizim üçün çox vacib idi". SİA xəbər verir ki, bu sözləri"Xəzri" komandasının türkiyəli baş məşqçisi Murat Dikmen "Şəki" ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Çempionatın ən məhsuldar basketbolçusu Pol Dibal mövsümdə ortalama 30 xalla çıxış edir lakin biz onu 15 xalda saxlamağı bacardıq. Müdafiədə istədiyimiz kimi çıxış etsək də amma hücumda uğurlu olmadığımız üçün görüş bizim üçün bir az çətin keçdi. Yekunda yaxşı oynamadığımız bir gündə qalib gəlmək bizim üçün çox dəyərlidir. Bundan sonra yaxşı oyun sərgiləyərək qələbə qazanmaq istəyirik. Turnir cədvəlinə baxdıqda 5 oyuna 4 qalibiyyətimiz var və bu da çox vacib bir haldır. Səhvlərimizdən dərs çıxarıb gələn həftəki “Xırdalan” matçına hazırlıqlarımıza başlayacağıq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB